هر گؤن دؤرد یارپاق وورغو،هر چاغ بیر آغرئ-یارئش

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Mən bir xərəbədə susuz-nəfəssizəm
Düzdür çırağı yoxdu evin,əşsizəm

Ancaq yoxumdu sivayi-yanmadan sora
Ya mən yoram çırağı ya çıraq yora

Dövranə çox nəzər salıb diqqət etmişəm
Yoxdur düzü dünyanın,tərsə yetmişəm

Mehrini salmışam ürəkdə qətrə xun
Gör neyləyir zəmanə bu aşiqi dun

Düzdür yoxum inəcən ümidim bəs!
Mən beylə ümidsiz salmışam cəhanə səs

Ancaq mənə bir işarə kifayətdir
Çün aşiqəm bu rəh gündəki adətdir

Gər hasil olmaya ümmidi kəs mənə
Qırram bu təsbihi-ömrü,ömr bəs mənə






Bu naz ilə yerişin canımı pünhan aparar,
Dağ seli hər nə çıxar qarşıya asan aparar.

Hər kimin yoldaşı olmazsa münasib yolda,
O özüylə elə bil ah ilə əfqan aparar.

Xacə, zər yığma daha, bir yada sal son gününü,
Arını gör, pətəyindən quruca can aparar.

Butədə işdi qızıl pullar əritsə bir adam,
Xeyri olmaz bu işin, axırı böhtan aparar.

Əyri ox, əyri adam dövrüdü, Saib, indi,
Düz adam düz oxu hardan tapıb, hardan aparar.

TƏBRİZLİ SAİB
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز

Bu naz ilə yerişin canımı pünhan aparar,
Dağ seli hər nə çıxar qarşıya asan aparar.

Hər kimin yoldaşı olmazsa münasib yolda,
O özüylə elə bil ah ilə əfqan aparar.

Xacə, zər yığma daha, bir yada sal son gününü,
Arını gör, pətəyindən quruca can aparar.

Butədə işdi qızıl pullar əritsə bir adam,
Xeyri olmaz bu işin, axırı böhtan aparar.

Əyri ox, əyri adam dövrüdü, Saib, indi,
Düz adam düz oxu hardan tapıb, hardan aparar.

TƏBRİZLİ SAİB


Vəllah ki bu sədaqətin öldürür bəni
Bu şəm,i surətin söndürür bəni

Əhsəntü nə münasibdi xarə gül!
Ey dil bax himaqətə bircə gül

Vallahı yoxdu nəzər bircə simü zər
Mən pakbazü yolunda verəm tənü sər

Əfsusi ki indi zəmanə dun pərvərdir
Nakəs həmişə kəsdən bir qarış sərdir

Düzdür zəmanə indi əyri sevən ,nədən
Bu əyri kəmanə yox müştəri,hən?

ooo

 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Gülmək bənə həramdır,ancaq üzündən utanıram bu gün gülməyəm,
Ağanın sağlığına...


Gəldi yenə fəsli-növbahar, ey saqi,
Bəs harda qalıb o gülüzar, ey saqi,
Meyxanəyə get, gətir onu məstanə,
Vermə mənə munca iztirar, ey saqi.

NƏBATİ


 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
İstəyirəm unudam
Bən bu qəmi-kədəri
Qəm yeməkdən olmuşam
Bircə sümük bir dəri
Bilməyirəm nədənsə
Açılmayır bu könlüm
İstər gülə üzümə
Bütün güllər çiçəklər
Ancaq gəlir gülməgim
Təkcə elə özümə
Bax ürəgə,gözümə
Gözüm ürək güzgüsü
Bax dilimdə sözümə
Əyilsəmdə,hələlik
Sınmamışam,dayağam
Yuxlamazam,oyağam
Harda kədərdən ola
İkicə söz ya hədis
O məclisdə varam mən
Qəmçilərlə yaram mən
Hər gədenlə gələnlə
Oturaram,duraram
Hər ağçıyla ayağam
Bax kədərə ay ağam!

Utanıram ay ağam!
Bu gün sənin günündür
Gərək yağa könülə
Bütün gülmək yaşamaq
Qəm-kədəri gərəkdir
Könüllərdən boşamaq

Ancaq əsrin kədəri
Həp əriyən yağam bən
Buz toxuncaq yağıma
Başı duman dağam bən
Afətindən könülün
Uzağam mən,sağam bən
Bu qara-üz-dünyada
Üzüm ağdır ağam bən

Düz olmazsam,nəqədər
Əyriyə bel əyməzəm
Sözüm birdir sözümdə
Könəzəm həm dəyməzəm

Nə yalanam nə doğru
Nə əyri nə düzəm mən
Nə hatəməm nə oğru
Bu kərvana gözəm mən

Bu kərvanın matahı
Bütün kədər qüsədir
Hər gündüzü,gecəsi
Minlər ağı,qissədir

Əzəlbaşdan kaş qədər
Düşməzidim bu yola
Sadəlikdən,enildim
Bu duzağa bu dola

Hər verdikcə cərəs,səs
Tazalanır yaralar
Hər keçdikcə bu yolu
Üzüm solar,saralar

Bən ağılar şanıyam
Düzənlikdə quru-köks
Min arx olub,qurumuş
Hər arxı bir yol ötər
Gah doluban qana,qan
Axar,ümmana yetər

İnsanlğın,son-əsrin
Nəfəsinin şehi tək
Bir yapışqan cambura
Tez silinən iz oldum
Ya bir ilqar,yazılmış
Axar-çayın təkində
Görünməyən hiz oldum!

Söz üstündə,İlqarda
Qar kimi düm,ağ oldum
Çətinlikdə,qüssədə
Yıxılmıyan dağ oldum

Çökdürənkən diz üstə
İlqarsızlıq,əhdsizlik
Başdan ətək diz oldum

Səlam vercək düzlügüm
Güzgüyə,sənsiz oldum

Hər nə olsan,güzgüyə
Yetirsən nə,o yetər
Dünya,başqa güzgüdür
Pislik et gör,nə yetər!

Bən ağılar şanıyam
Düzənlikdə quru-köks
Min arx olub,qurumuş
Hər arxı bir yol ötər
Gah doluban qana,qan
Axar,ümmana yetər
Nə bilirsən son-əsrin
Bu sənətin,bu şerin
Aşıqların şanıyam

AŞIQ PƏKƏR


 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Get dolangilən xamisən hənuz
Püxtə olmağa çox səfər gərək
Durma çox həzin,Əsbi eylə zin
Dağı seyr edən,mərdi ər gərək

Etmə çox səda,aşiqəm demə
Çoxda bu yolu bilmə sən əbəs
Kimsə qoysa der:bu yola qədəm
Çəşmi örtə ol,tərki sər gərək

Lal otur,otur,gəlmə çox yaxın
Nəqdimə sənin olmaz heç gücün
Səndə gəncü həp,bir dağar gibi
Böylə bilmişəm xirə sər gərək

Qətrə nərdi ol arxa urmağa
Ya dəniz olub ümman olmağa
Bu çölə düşən gül-çiçək gibi
Şamü hər səhər,çəşmi tər gərək

Bisəvad! Otur,nəqdə urma sən
Bən bu son günün lə”lü gövhəri
Hər gəda-yalan bilməz ərzişin
Simi almağa simibər gərək

Gərçi bən demək layiqim deyil
Eyləyir dərun-atəşi fişan
Eyləməkdədir sirri aşikar
Çox uzatmıram,müxtəsər gərək

İstəsən əgər görməgə bu gün
Xislətin odun,ya zəbanəsin
Çəngi vır dilə,tərsi etmə heç
Bu oda yaxın,bir şərər gərək

Yox nə bir şərər!bəlkə min şərər
Yoxdu heç dəlil tərki atəşə
Hər şərər əkir bircə şər dilə
İndi tabına bir süpər gərək

Mən nə qissə xan, sehri etmirəm
Derdigim bütün,keçdigimdi bil
Dərkin etməgə,yakı qanmağa
Xəstə dil ola,yox! Nə hər gərək

Həmnişin ola eşqü qəmlə o
Aşiyan edə dağı sərbəsər
Ol tanış ola sazü suzilən
Bir ömür bütün dərbədər gərək

Hərfi dilnişin,abi tək duru
Yoxdu mübhəmi safü rok həmi
İndi bilməyən kimsə bu sözü
Ya ki kuridir ya ki kər gərək

Yoxdu heç sözüm dinmə zahid!öl
Hər nə dermişəm etmişəm onu
Pis ya yaxçıdan bən buyam ama
Hərfə durmağa bircə nər gərək

Yoxdu iddi”a,ürfi eşqə heç
Mərdi ardına düşmügəm bu gün
Qoxmaram suya batsa tən bu gün
Suyu keçməgə,rahibər gərək

Gülsə müddə”i,yoxdu eybi heç
Bən inanmışam bu qələndəri
İstəsə batam ya keçitməgə
Hər nə eyləsə,ol hünər gərək

Nazi etsədə ya ki bir əda
Ol özü bilər hər nə etsədə
Liki almayan kami həp,mənəm
İndi mən oğul,sən pədər gərək

Bu NƏBATiyə,xəstə aşiqə
Bir xələf şayırd,olmağa həman
Xuni dil yemək,rənci bişümar
Sinəsin edə pür gühər gərək

Yavə olmaya,Hərzə dermiyə
Rindi köynəgin əynə geymiyə
Eşqə payibənd,dərdə həmqərin
Bu nişanəyə bir PƏKƏR gərək

AŞIQ PƏKƏR
 

t#h

کاربر حرفه ای
کاربر ممتاز
هر کیم خیال زولفله زنجیره بسته دیر
همواره قید عقل ده ن عالم ده رسته دیر
بزم وصاله یئتمه سه یئتمه ز فراغته
هر کیمسه درد هیجرله پیوسته خسته دیر
باشدا خیال موی میانین گؤرنده دئدی
صد حیف کیم بو کاسه چینی شکسته دیر
جانئم چئخئنجا دوررام آیاغا اؤتورمارام
جانانی صدر بزم ده گؤرسه م نشسته دیر
هر گونده گول جمالینی گررسه م اؤ مهوشین
نوروز دور اؤ گون منه عید خجسته دیر
مطلق مقید ائیله ین آشفته کؤنلومو
زولف سیاه خم به خم و دسته دسته دیر
گولده ن چئخئبدئ تازه , زنخدان یارا باخ
لیموی آب دار کیمی خیلی رسته دیر
بیر بوسه یه دانئشدئ , منیم آلدئ دینیمی
ایندی نیگارله سؤزوموز بوسه اوسته دیر
صراف-ه وئردی یین قورو جان نقدین ائی گؤزه ل
گل آل , صاباحا قؤیما قالا , ورشکسته دیر
.
.
*رضا صراف تبریزی
.
.
.
-درسیمه ایتحاف.:cry:
 

Tutulmaz

عضو جدید
کاربر ممتاز
Nə sevgisin nə özün
Na danışıq nə sözün
Nə qaşını nə gözün
İstəmədim,istəməm
Bir salamım sormdan
Dayanmışam hələlik
Könül qara,dəp-dəlik
Bax xəyala,duyğuya!
Keçmədədir uyğuya

Çox ağrıdır bu günüm
Deyib-gülmək həp günüm
Bu fələkdə çərxidə
Nə İnsaf var nə mürvət
Belin edir iki qət

O gülərsə,gətirər
Acı zəhər dadıma
Bəlkə zəhər etsə o
Dərin dərin nə gülər!

Bax insafa,nasafa!
Bir salamım sormadan
Dayanmışam hələlik
Könül qara dəp-dəlik
Son qasırğa vırmadan
Boğulmada bu adan

Bax insafa,nasafa!
Bu gün mənim günümdür!
Başını qat əbəsə
Qoyma bu yel bir əsə
Əlim-qolum bağlıda
Bu dərələr,dağ,yada
Hey süründür,süründür
Könüldəki çırağı
Qoyma yana,ya söndür

Mən bu gündə,bu gündə
Bağlanmadan iki gün
Başla kökü birinə
Biri ölü,biri nə?
Demə diri,ölüdür
Bu ölüdür diri nə!

Bir salamım sormdan
Dayanmışam hələlik
Könül qara,dəp-dəlik
Bən bu soru mutlusu
Yanıq-könül hanı su?

Kaş bu gündə,sayğıdan
Soğatıma verəydin
Bir salamı,ya salam
Dinənlərdə susubdur
Kimsə dinmir,hamı lam

Bir salamım sormdan
Dayanmışam hələlik
Könül qara,dəp-dəlik

Mən bu köhül ya dağı
Eyləmədən aşıyan
Qışqırıram bu dağa
Sən deməyən bu sözü
Yer dinməyir,göğdə lam
Birdəm dağlar səs olur
Sən deməyən bu sözü
Biləm gəlir ax özü
Qəm tomunu götür ək
AŞIQ günün mübarək

AŞIQ PƏKƏR
İNDİ








 

t#h

کاربر حرفه ای
کاربر ممتاز
بؤیوک بیر شعشعه دیر اؤلوم ;
ابرولی نورلارلا گلر.
ائیله بیر یانار داغدیر کی اؤفکه سی ;
موتانتان دستورلارلا گلر.
قارشیتییلا یوکلودور هر زاد ,
موطلق چؤزوملردن واز گئچ.
دارتیشیلماز موکممللیکلر ,
نه گیزلی قوصورلارلا گلر.
سن ; سن اول , قؤرخما قارانلئقدان ,
تیک ایشیق چکیردکلرینی.
چونکو ان برراق سولار بئله ;
ان یاغلی چومورلارلا گلر .
نئجه دؤغماقلا باشلارسا اؤلوم ;
اؤلمکله باشلار ائیله حایات .
بیل کی دونیانی سارسان سیچرامالار ,
بیریکمیش شوعورلارلا گلر.
.
.
.
*آتیلا ایلحان.
چئویرن : باریشان.
 
بالا